Ombudsmana müraciət asanlaşır

Ombudsmana müraciət üçün vahid "qaynar xətt" yaradılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) 2020-ci ildə  vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu