Nəhəng ölkə də virusa təslim olur

Böyük Britaniyda daha iki nəfərdə koronavirus aşkarlanıb. Beləliklə ölkədə xəstələrin sayı 15-ə çatıb.

Xarici mətbuat məlumat verir ki, yeni koronavirusa yoluxmuş xəstələr Liverpul və Londonda qeydə alınıb.

Məlumatda bildirilir ki, xəstələr İtaliyadan İngiltərəyəyə yenicə gəliblərmiş. Hazırda xəstələr Londondakı Royal Free Xəstəxanasındadırlar.

Məlumat üçün deyək ki, ən son məlumata görə, hazırda  dünyanın 40 ölkəsində 80 min insan virusa yoluxub. 2462 nəfər xəstələnərək ölüb. Yaponiyada son olaraq koronavirusa görə məktəblər martın 2-dək bağlanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu