Gözünün içini qaraya boyatdı: Sonrası qorxunc...


İnsanın qanını donduran hadisə Polşada baş verib. Gənc qadın məşhur bir repçiyə bənzəmək üçün  döymə sənətçisinə gedərək gözünü qaraya boyadıb. Əməliyyatdan sonra hər şey tərs getməyə başlayıb. Qorxunc hadisənin detalları məlum olub.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Voraslav şəhərində yaşayan Aleksandra Sadovska, gözünün içini qara rəngləyən məşhur Repçi Popeke bənzəmək məqsədiylə gözlərinin içini qara rəngləmək üçün 2016-cı ildə paytaxt Varşavada bir döymə sənətçisinə gedib.

Sadovska, göz boyama prosedurundan sonra gözlərində ağrı hiss etməyə başlayıb və bunu döymə sənətçisinə bildirib.

Döymə sənətçisi isə bunun normal olduğunu və ağrı kəsici qəbul etməsini tövsiyyə edib.
Ancaq naşı prosedurdan sonra bir gözünü tamamilə itirən gənc qadına həkimlər deyib ki, gözündəki vəziyət düzəlməyəcək və digər gözü də görmə qabiliyyətini itirəcək.
Hadisə ilə bağlı aparılan araşdırmalara görə, döymə sənətçisi prosedurada ciddi səhvlər edib, döymələrdə istifadə edilən və gözlə təmas etməməsi lazım olan mürəkkəb istifadə edilib.

Qadının vəkilləri də yerli mediaya verdiyi açıqlamada, döymə sənətçisinin belə həssas bir proseduru necə ediləcəyini bilmədiyinə dair açıq dəlillər olduğunu və buna baxmayaraq döymə sənətçisinin əməliyyatı davam etdiyini bildirib.

Sadovska isə bunları deyib:

"Özümü evə bağlayıb, depresiyaya qapılmayacam . Təəssüf edirəm, ancaq yaşamağa davam edəcəyəm".

Yerli media, Sadovskanın 3 əməliyyat keçirdiyini və döymə sənətçisinin isə əməliyyata görə 3 il həbs cəzası istəyiylə mühakimə olunacağını yazıb. 

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu