Rusiya “Kalibr”lə silahlanmış gəmiləri Suriyaya göndərdi

Rusiya “Kalibr” qanadlı raketləri ilə silahlanmış Rusiya Qara dəniz donanmasına aid “Admiral Makarov” və “Admiral Qriqoryeviç” gəmilərini Suriyaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə Qara dəniz donanmasının rəsmisi Aleksey Rulev deyib.

“Kalibr-NK” qanadlı raketləri ilə təchiz olunmuş “Admiral Makarov” və “Admiral Qriqoryeviç” gəmiləri Rusiya Hərbi Dəniz Donanmasının Aralıq dənizindəki daimi qruplarının sıralarına qatılmaq üçün Sevastopoldan çıxıb”, - o bildirib.

Rulevin sözlərinə görə, gəmilərin heyətləri Qara dənizdəki poliqonlarda döyüş hazırlığı təlimləri keçiblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu