Güclü külək qaz təsərrüfatına ziyan vurdu: 4 kənd qazsız qaldı - FOTO

Fevralın 28-də gecə saatlarında əsən güclü külək nəticəsində qaz təsərrüfatına ciddi zərər dəyib. Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

O bildirib ki, güclü külək Oğuz rayonunda bir sıra fəsadlara yol açıb:

"Rayonun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb. Nəticədə kəmərə ciddi zərər dəyib. Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq, 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb".

Bundan başqa, Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsində isə vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 mm və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb.

“Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşları hər iki halda fəsadların tezliklə aradan qaldırılmasına çalışır.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu