NATO-dan Türkiyəyə MÜHÜM DƏSTƏK: «...Müttəfiqimizin yanındayıq !»


«Bəşər Əsəd rejimini, onu dəstəkləyən Rusiya və İranı bu hücumları dayandırmağa çağırırıq»    


Dünən Suriyanın İdlib əyalətində 33 türk əsgəri şəhid edilib. Sübhəsiz ki, Türkiyə qarşı tərəfə öldürücü cavab verib. Ekspertlər isə bu vəziyyəti bəşəriyyət üçün növbəti fəlakət adlandırıb. 

«Sherg.az» «Agence France-Presse»ə istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Qujarik bəyan edib ki, gərginlik sürətlə şiddətlənir: «Məhz buna görə, tərəfləri atəşkəsə çağırıram». 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Jan Stoltenberqlə telefonla danışıb. Stoltenberq Əsəd rejimi və ona dəstək verən Rusiyanı ittiham edib. O bütün tərəfləri təhlükəli vəziyyətdən geri çəkilməyə səsləyib. Tərəflər məqsədlərindən əl çəkməsələr bu, daha qorxulu vəziyyətin yaranmasına gətirib çıxaracaq:

«Biz NATO -da mütəffiqimiz olan Türkiyəni dəstəkləyirik. Bəşər Əsəd rejimini, onu dəstəkləyən Rusiya və İranı bu hücumları dayandırmağa çağırırıq». 
  
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay əyalətinin rəhbəri Rəhmi Doğan açıqlama verib ki, 33 şəhidlə yanaşı 30-a yaxın türk əsgəri də xəsarət alıb. Yaralılar Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib. 

Bu hadisədən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. 

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun da bəyan edib ki, Türkiyə ordusu cavab olaraq Suriya rejiminin mövqelərini qurudan və havadan bombardman edib:

 «Biz dəyərli əsgərlərimizin intiqamını aldıq. Rusiya və İran daxil olmaql beynəlxalq  ictimaiyyətə çağırış edirik ki, Əsəd rejimininin illərdir, bəşəriyyətə qarşı apardığı cinayətinin dayandırılmasında məsuliyyətlə davransınlar». 

Məlumat üçün bildirək ki, təkcə fevral ayınmda İdlibdə 53 türk əsgəri şəhid edilib. 

Buna səbəb isə Əsəd rejimi və onun müttəfiqi olan Rusiyanın son iki həftə ərzində İdlibdə müəyyən əməliyyatlar keçirməsi səbəb olub. 
Suriya İnsan Haqları Bürosunun verdiyi məlumata görə, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu strateji şəhər olan Saraqebi ələ keçiriblər. Daha sonra onlar Dəməşqlə Hələb arasındakı M5 yolunu bağlayıblar.  

Həmin qarşıdurmada 3-ü uşaq olmaqla 7 mülki vətəndaş qətl edilib. 

2019-cu ilin dekbarından bu yana 400 mülki vətəndaş ödlürülüb. BMT-dən verilən məlumata görə, 500 mindən çoxu uşaq olmaqla, 948 mindən artıq insan məcburi köçkün şəraitində yaşayır. 



Qeyd edək ki, 2016-cı ildə Brüsseldə əldə olunan razılaşmaya görə, Ankara 3,6milyon suriyalı miqrantı Avropaya buraxmayacağını öhdəlik götürüb. Lakin AKP-nin sözçüsü Ömər Çəlik bəyan edib ki, hazırda Türkiyə o miqrantları saxlamaq iqtidarında deyil. 

Belçika baş nazirinin müavini Aleksandr De Kro bəyan edib ki,  3 ay ərzində milyondan artıq insanın məcburi köçkün vəziyyətinə düşməsi, yüzlərlə sivil vətəndaşın həlak olması, yüz minlərlə uşağın əzablı günlər yaşaması kimi dəhşətli halların qarşısı alınmalıdır. 

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya söyləyib ki, qarşıdurmanı dayandırmağın tək yolu, terrorçuları ölkədən qovmaqdır. 

ABŞ bəyan edib ki, Türkiyə Suriyadakı qarşdurmada Moskvanın Əsəd rejimini dəstəkləməsindən dərs çıxarmalıdır və Rusiya  « S-400 »lərindən imtina etməlidir. 

Amerikanın NATO-dakı xanım səfiri Key Beliy Hucison bəyan edib ki, hazırda Türkiyə Rusiyanın davranışlarını görür:
 «Ankara Moskvanın nələr etdiyini aydın müşahidə edir. Ruslar türk əsgərlərə hücum edirlər. Bütün bunlar Türkiyə-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək». 

Qeyd edək ki, Suriyada 2011-ci ilin martında başlanan vətəndaş müharibəsi nəticəsində  380 min insan həyatını itirib. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu