Bakıda oğurluq anı kameraya düşdü: Telefonu götürüb aradan çıxdı

Bakıdakı “playstation” klublarının birində oğurluq anı təhlükəsizlik kamerasına əks olunub. 

Bununla bağlı zərərçəkən Rahid Bağırzadə Oxu.Az-a müraciət edib. 

O bildirib ki, hadisə Yasamal rayonu Zahid Xəlilov küçəsindəki obyektlərdən birində qeydə alınıb:

“Hadisə ötən il oktyabrın 22-də baş verib. 29 yaşı olduğunu və Rusiyada yaşadığını deyən şəxs kluba gələrək, dostunu gözləmək istədiyini deyib. Biz razılıq verdik. Daha sonra diqqətin ondan yayındığını gördükdə isə masanın üzərində olan mobil telefonumu götürüb və heç nə olmamış kimi oranı tərk edib. Hadisədən beş ay keçməsinə baxmayaraq, telefon tapılmayıb”. 

R.Bağırzadənin təqdim etdiyi video onun dediklərini təsdiq edir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu