Putin və Ərdoğan İdlibi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə “Ria Novosti” Rusiya Xarici İşlər naziri Sergey Lavrova istinadən məlumat yayıb.

S.Lavrov bəyan edib ki, telefon danışığı Rəcəb Tayyib Ərdoğanın xahişi ilə baş tutub.

“Ətraflı söhbət olub. Müzakirə İdlibdəki razılaşmanın şərtlərinin yerinə yetirilməsinə həsr edilib”, - deyə S.Lavrov bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu