Gürcüstanda daha bir nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. O, koronavirusa yoluxan şəxsin İtaliyadan gəldiyini bildirib.

Qamkrelidze Tiflis İnfeksion Xəstəxanasında olanlar arasında daha bir neçə nəfərdə koronavirus aşkarlanacağını da istisna etməyib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma halı fevralın 26-da aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu