Bu ölkə koronavirusa görə fövqəladə vəziyyət elan etdi

Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru koronavirus səbəbi ilə fövqəladə vəziyyət elan edib.

NHK telekanalı xəbər verir ki, qubernator həftəsonu xüsusi hallar istisna olmaqla, sakinlərdən evdən çıxmamağı xahiş edib.

Naomiti Sudzuki hesab edir ki, ciddi tədbirlər görülməsə, koronavirus infeksiyası sürətlə yayılmaqda davam edəcək.

Son məlumatlara əsasən, Hokkaydo prefekturası Yaponiyada koronavirusun ən çox yayıldığı ərazidir. Hazırda burada 66 nəfər koronovirus xəstəsi var, onlardan altı nəfər ağır vəziyyətdədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu