Sərhəddə hərbi aktivlik: Ankara bu raketləri Suriyaya tərəf çevirdi

Türkiyə Kilis bölgəsindən Suriyanın İdlib bölgəsinə xüsusi təyinatlı dəstələr, artilleriya birləşmələri, hərbi maşınlar, atəş dəstək vasitələri göndərib.

“Haber Global”ın məlumatına görə, 22 maşınlıq hərbi karvan əvvəlcə Hataya, oradan isə İdlibə gedəcək.

Hatayın Kırıkhan rayonunda Hərbi Hava Qüvvələri (HHM) sistemlərinin yerləşdiyi bölgədə də aktivlik qeydə alınıb.

Kırıkhanda yerləşən hərbi bazada radar cihazları fasiləsiz fəaliyyətə başlayıb.

Həmçinin, bazada yerləşdirilmiş “Stinger” raketlərinin Suriya istiqamətində çevrildiyi müşahidə olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu