Məscidlərə tapşırıqlar verildi - Koronavirusa görə

Qafqaz Müsəlmanları İdarəsi koronavirus epidemiyası ilə bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib.

Bu barədə QMİ-nin sədr müavini Fuad Nurullayev REAL TV-yə bildirib.

Fuad Nurullayev qeyd edib ki, Qafqaz Müsalmanları İdarəsinin nümayəndəsi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb və Səudiyyə Ərəbistanının koronavirusla əlaqədar Ümrə ziyarətinə gəlişin müvəqqəti dayandırılmasını müzakirə ediblər.

Qeyd edək ki, məsələ Azərbaycan dövlətinin ciddi nəzarətindədir və ölkənin müxtəlif ərazilərində qabaqlayıcı və profilaktik dezinfeksiya işləri görülür.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu