Operativ qərargah rəsmisi: “Azərbaycanda üç karantin xəstəxana var”

“Azərbaycanda ilk koronavirus epidemiyası aşkarlanan xəstə 1997-ci il təvəllüdlüdür”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, xəstə sərhəd-keçid məntəqəsini keçən zaman temperaturunun olduğu aşkarlanıb:

“Rusiya vətəndaşıdır. Ondan müayinə götürülüb. Hazırda vəziyyəti stabildir”.

Y.Qarayeva qeyd edib ki, üç karantin xəstəxana var:

“Onlar Astara, Cəlilabad və Qobustandadır. Bakıda dəstək verici xəstəxanalar da mövcuddur.

Xəstənin Rusiyaya təxliyyəsi barədə hələ düşünülmür”.

17:49

Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün  brifinq keçirir.

Konfransda qərargah üzvləri - respublikanın baş infeksionisti Cəlal İsayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və TƏBİB-in yolxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev iştirak edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu