Baş infeksionist: "...Universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər"

“Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qərargah üzvü respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:

“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda, orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.

O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu