TƏBİB rəsmisi İrandan gələn şəxsin ürəyinin getməsi ilə bağlı xəbərlərdən danışdı

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB)sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, yayılan məlumatlar şayiədir:

“Həmin şəxs, həqiqətən də, İranda işləyib və Ağdaşa qayıdıb. O,  sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb. Hazırda vəziyyəti stabildir. Koronavirus şübhəsi yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn vətəndaşın ürəyinin getməsi və koronavirus epidemiyasının olması ilə bağlı görüntülər yayılıb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu