"İranla sərhədlərin bağlanması barədə müzakirələr aparılır"

Virus daşıyıcısını təəssüf ki, birbaşa olaraq heç kim təyin edə bilməz. Ona görə də hazırda vətəndaşlar sərhəddə narazılıq edir.

Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

"Biz TƏBİB heyəti olaraq virusla mübarizə aparmaq üçün fikirləşirik. İnsanlar işimizə mane olur. Gediş-gəliş həddindən artıq çoxdur. Bunun qarşısını almaq bizdən asılı deyil".

Yeganə Qarayeva bildirib ki, virusla mübarizədə vətəndaşlar da birbaşa kömək olmalıdırlar:

"İnsanlar da bizə yardım etməlidirlər. Sərhədlərin bağlanması məsələsi ilə bağlı müzakirələr lazımı səviyyədə aparılır".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu