Ev heyvanında koronavirus aşkar edildi

Çinin Honq Konq bölgəsində ilk dəfə ev heyvanında koronavirus aşkarlanıb. Bu barədə “The new York Post” Çinin Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, koronavirus daha əvvəl yoluxmuş sahibindən itə keçib.

İtin Honq Konq limanında heyvanlar üçün xüsusi otaqda karantində saxlanıldığı qeyd edilib.

Alimlərin fikrincə, hazırda heyvanların insanlardan virusa yoluxub-yoluxa bilməyəcəyi məlum deyil.

İt sağalana qədər karantində saxlanılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu