İşçi qrupunun rəhbəri: "Kimlər koronavirusa yoluxmanı daha şiddətli keçirə bilər?"

“Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”.  Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yolxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.  

Onun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq:  

“Yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək. Qeyd edim ki, həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlanıla bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə alınır”.  

V. Əliyev bildirib ki, statistikaya görə, bu virusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur: 

“Ahıl yaşlı insanlarda, özəlliklə də xroniki xəstəliyi olanlar, məsələn, diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı, eləcə də orqan transplantasiyası, onkoloji xəstəliyi olan insanların müqaviməti zəif olduğu üçün onlarda koronavirus daha şiddətli keçir. Bəzi xəstələr iki həftəyə sağala bilər, bəzilərində daha şiddətli ola bilər, eyni zamanda, yenidən yoluxma ehtimalı da var. Necə ki, qrip virusuna yenidən yoluxma olursa, eyni zamanda koronavirusda da ola bilər. Bu, bütün viruslara aiddir”.  

“Koronavirusun yeddi növü var. Bunlardan dördü insanlarda burun axıntısı, boğaz ağrısı kimi yüngül qrip əlamətləri kimi keçən xəstəliklərdir. Yaxın keçmişdə aşkarlanan digər növləri, eyni zamanda indi yayılan növü epidemiyaya səbəb olub. Bunların heç birinin standart, spesifik, virus əleyhinə avtivirus müalicəsi yoxdur. Ancaq simptomatik müalicə tətbiq olunur. Bunun nə peyvəndi, nə də bu xəstəliyə qarşı virus əleyhinə dərman preparatı var”, - deyə rəhbər əlavə edib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu