Azərbaycanlı zabit Belarusda böyük uğur qazandı

Fevralın 28-də Minskdə Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah fakültəsində dövlət və hərbi idarəetmə ixtisası üzrə dinləyicilərin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə Belarus Respublikası Hərbi Akademiyasının Baş Qərargah fakültəsinin rəisi general-mayor Sergey Zaytsev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamenti rəisinin 1-ci müavini polkovnik Valeri Revenko, professor-müəllim heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov, köməkçisi polkovnik-leytenant Aydın Rəhimov və həmin fakültənin birinci kursunda təhsil alan Azərbaycan Ordusunun zabitləri iştirak ediblər.

Cari ildə bu ali hərbi təhsil müəssisəsindən Azərbaycan Ordusunun 2 zabiti məzun olub. Polkovnik Anar Hüseynov hərbi akademiyanı əla qiymətlərlə bitirərək fərqlənmə diplomu alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu