Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Trend-in məlumatına görə, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında həyata gözlərini yumub.

Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı uzun illər Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu