Deputatlığa namizədlərin nəzərinə: Vaxta az qalır

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlərin yekun maliyyə hesabatlarının təqdim edilməsi müddətinə az qalır.

Oxu.Az-ın məlumatına görə, yekun maliyyə hesabatı təqdim edilərkən seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də buraya əlavə olunmalıdır.

Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra yekun maliyyə hesabatını verməlidir.

Qeyd edək ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib.

Fevralın 25-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə yekun vurub. MSK dairə seçki komissiyalarının protokollarını Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsinin Plenumu həmin sənədlər quruma daxil olduqdan 10 gün sonra iclasa başlamalıdır.

Qanunvericiliyə görə, yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

DSK-ların protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu