Hələ bu harasıdır... - İldən-ilə yollarımızda vəziyyət daha da gərginləşəcək

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov yanğınsöndürən maşınların  yanğın zamanı hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkməsindən danışıb: 

"Yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir. Tıxacları bilirsiniz, bir də adamların harada gəldi, şlaqbaumlar quraşdırması, zəncirlərin olması, yerə metal pilətələr quraşdırılması və s. yanğınsöndürən maşınlara mane olur. Bunlar azmış kimi, nəqliyyat vasitələri də harada gəldi, park edilir". 

Bakıda nəqliyyat probleminin günü-gündən dərinləşdiyini deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov şəhərdə intensivliyin artdığını deyib. 



Tikinti meydançalarının sayı artır, yollar daralır, alternativ yol yoxdur, yanğınsöndürən maşınlar neyləsin?


Tikinti meydançalarının sayı artır, yollar daralır, alternativ yol yoxdur. Amma məsələni belə qoymaq olmaz, mütləq şəkildə bir  həll yolu tapmaq lazımdır.  FHN-in yanğınsöndürən maşınlarının binalara yaxınlaşa bilməməsinə gəldikdə isə F.Eyyubov deyib ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında bu problemin həlli nəzərdə tutulub: 

"Həmçinin  də Təcili yardım maşınlarının çağırılan ünvana maneəsiz çatması üçün zəruri addımlar atılacaq. Amma icra mexanizmi necə olacaq, bu barədə konkret söz  deyə bilmərəm. Nizami Fərəcov  haqlı olaraq tıxac, şlaqbaum və parklama məsələsini qabardıb. Bunları aradan qaldırmaq üçün də mərkəzləşdirilmiş qaydada idarə etmək çox çətindir. Magistral yollarda intensivliyi azaltmaq üçün müəyyən addımlar atılır. Amma ara yollardakı mövcud problemləri idarə etmək çox çətindir. Bakı köhnə  şəhər olduğundan yol infrastrukturunu müasir standartlara uyğunlaşdırmaq xeyli qəliz məsələdir. Hətta ildən-ilə yollarımızda vəziyyət daha da gərginləşəcək. Hündürmərtəbəli binaların sayı artdıqca avtomobillərin parklanması vəziyyəti daha da çətinləşdirəcək".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu