Kəbə örtüyünün bir parçası Misirə hədiyyə edildi

Səudiyyə Ərəbistanının Misirdəki səfiri Üsamə ən-Nuqali müqəddəs Kəbənin örtüyünün bir parçasını Misirin Turizm Nazirliyinə təqdim edib.

Kult.az xəbər verir ki, bu barədə Misirin Turizm Nazirliyi rəsmi saytında məlumat yayıb. Qiymətli eksponat Misirin yeni inzibati paytaxtında açılacaq muzeydə nümayiş etdiriləcək.

Səudiyyə Ərəbistanının səfiri qeyd edib ki, onun ölkəsinin ən qədim sivilzasiyanın beşiyi olan Misirə hədiyyəsi tarixi və dini əlaqələrin bir rəmzidir.

Yeni inzibati paytaxtda yerləşəcək və 8500 kvadratmetr sahəsi olacaq muzeydə qədim Misirə aid minlərlə arxeoloji və mədəni abidə nümayiş etdiriləcək. Bundan başqa, Yeni Qahirədə 2200 tamaşaçı yeri olacaq Opera Teatrı və böyük kitabxana inşa edilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu