Azərbaycanda sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarına səfər edib.

Bununla bağlı AQTA məlumat yayıb.

Səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb.

AQTA-nın sədr müavini R. Rüstəmzadə ilin sonuna qədər Azərbaycanda sərhəd-keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqələrinin yaradılacağını diqqətə çatdırıb.

Bildirilib ki, AQTA bu sahədə olan beynəlxalq təcrübəni sərhəd-keçid məntəqələrində tətbiq edəcək.

Görüşlərdə qida təhlükəsizliyi məntəqələrinin yaradılması təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu