Həkim koronavirusdan qorunmağın yollarını göstərdi – Mühüm tövsiyə…


Hüseynağa Qurbanov: “İlk növbədə immuniteti gücləndirmək lazımdır ki, bunu da qidalarla etmək mümkündür”

“Həmçinin xəstəliyin genişlənməməsi üçün vətəndaşların özlərinin proflaktik tədbirləri görməsinə ehtiyac var”




“Bir çox ölkədə müşahidə edilən və qripin bir növü olan koronavirus, əslində çox da qorxulu xəstəlik deyil”.
Bu barədə “Sherg.az”a tibb elmələri doktoru Hüseynağa Qurbanov bildirib. 
Bu virusun xəstə ilə təmasda olan hər kəsə yoluxmadığını vurğulayan həkim hesab edir ki,  immun sistemi güclü olan insanlar bu virusa yoluxduqlarını belə hiss etmirlər və bədən öz müqaviməti ilə xəstəliyə qalib gəlir:




“Xəstəlik aşkarlananların isə, ilk növbədə bədən müqaviməti gücləndirilir və bunun üçün ölkəmizdə bütün lazımi tədbirlər görülür. Virusdan qorunmaq üçün ilk növbədə immuniteti gücləndirmək lazımdır ki, bunu da qidalarla etmək mümkündür. Xüsusilə, vitamin C ilə zəngin qidaların qəbulu tövsiyə edilir. Həmçinin xəstəliyin genişlənməməsi üçün vətəndaşların özlərinin proflaktik tədbirləri görməsinə ehtiyac var”.

Həkimin sözlərinə görə, peyvəndi tapıldıqdan sonra xəstəliyi qısa zamanda sonlandırmaq mümkün olacaq:

“Xəstəliklə mübarizə üçün ölkəmizdə bütün lazımi şərait təşkil edilib”.

  Qeyd edək ki, infeksionist həkimlərin iddiasına görə,  koronavirus pnevmoniyadır - soyuqdəymədən yaranın quru öskürəkdir. Soyuqdəymə zamanı burun axması və bəlğəm olan şəxslərin koronavirus infeksiyasının daşıyıcısı ola bilməzlər.  Koronovirus pnevmoniyası zamanı yüksək temperatur və nəfəs almada problemlər meydana çıxır. Burun tutulması normal burun tutulması kimi olmur, suda boğulduğunuz kimi bir hiss yaranır.
 Virus metal səthində ən az 12 saat sağ qaldığı üçün metal səthlə təmasda olarkən əllərimizi sabunla yumalıyıq.  əli tez-tez yumaqla yanaşı, mikrob hələ boğazda ikən təsirini aradan qaldırmaq və ya minimuma endirmək üçün  qarqara etmək tövsiyyə olunur.



Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu