“Valideyn himayəsindən məhrum uşaqların sayı arta bilər” - AÇIQLAMA


Yusif Bəkirov:“Əsas səbəb sosial vəziyyətin ağır olmasından ibarətdir. Sosial durumu çətin olan valideyn övladına baxa bilmir.Ona görə də valideynlik hüququndan imtina edir”

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı açıqlama verib. 
O bildirib ki, ölkəmizdə valideyn himayəsindən məhrum olan 1000-dən çox uşaq var. A.Kərimovun sözlərinə görə, bu uşaqlardan yalnız 40-50-si övladlığa verilmək üçün münasibdir. Övladlığa götürülmə ilə bağlı edilən müraciətlər daha çox böyük şəhərlərin payına düşür: 
“Biz düşünürük ki, bu şəhərlərdə valideyn himayəsindən məhrum olan uşaqların sayı daha çoxdur”.

Vəziyyəti dəyərləndirən Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov “Sherg.az"a açıqlamasında bildirib ki, həqiqətən də valideyn himayəsindən məhrum olan uşaqların sayı çoxdur:

“Bunu inkar etmək olmaz. Belə uşaqların yaş həddi müxtəlifdir. Ümumiyyətlə, 18 yaşa qədər olanlar uşaqlar azyaşlı sayılır. Valideyn himayəsindən məhrum olan uşaqların sayı çoxala da bilər. Çünki əvəllər valideynlər uşaqlarını internat məktəbinə qoyurdular. İndi isə internatlar valideyni olan uşaqları qəbul etmir. Valideyn gərək uşağından imtina etsin ki, onlar internata yerləşdirilsin. Ona görə də 1000-dən çox uşağın yalnız 40-50-si övladlığa verilmək üçün münasib sayılır. Əsas səbəb sosial vəziyyətin ağır olmasından ibarətdir. Sosial durumu çətin olan zaman valideyn övladına baxa bilmir. Ona görə də valideynlik hüququndan imtina edir”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu