Niyə özümüz-özümüzü xəstəliyə sürükləyirik? 


"Müsəlmanlar təmizlik işlərində nümunə olmalıdırlar"

 Virusun, müxtəlif epidemiyaların sürətlə yayıldığı bir vaxtda insanların sağlamlıqlarının qorunması baxımından əsas tələblərdən biri də gigiyenik normalara əməl olunmasıdır. Ancaq əfsuslar olsun ki, müxtəlif ictimai yerlərdə görülənlər heç də arzuolunan deyil. Məsələn, əməkdaşlarımızın "Abşeron Gənclər Şəhərciyi"ndə müşahidə etdikləri də buna misaldır.  Xadimələr, təmizlik işçiləri günün günorta çağında pilləkənləri, sürahiləri təmizləyən zaman toz-duman ətrafı bürüyür. Necə deyərlər, göz-gözü görmür. Ən azından təmizlənən yerlərə su çiləyib, toz yatırmaq olar axı. Mövcud məsələ ilə bağlı ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli ilə danışdıq.

O, “Sherg.az”a açıqlamasında bildirdi ki, buna səbəb səlahiyyətli şəxslərin qanuna əməl etməmələridir:

“Nədənsə hamı normadan kənara çıxmağa meyillidir. Çünki qanun işləmir. Əgər qanun işləsə belə olmaz. Günah təmizlikçilərdə yox, onlara nəzarət edən şəxslərdədir”. 

 Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, müsəlmanlar təmizlik işlərində nümunə olmalıdırlar:
“Belə bir kəlam var ki, təmizlik imandan gəlir. Doğrudan da, belədir. Təmizlik, gigiyena normal həyat tərzi üçün ən vacib məsələlərdən biridir. Fəqət müsəlmanlar təmizliyə əməl etməməkdə Avropa ölkələrini keçiblər. Hərçənd ki, əksinə olmalıdır. Müqəddəs kitabda da buyurulub ki, təmizliyə əməl etmək lazımdır. İndi müsəlmanları pis tanıyırlar, deyirlər, müsəlmanlar düzəlmirlər. Özümüz buna şərait yaratmışıq”. 


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu