"Neftin qiyməti bahalaşacaq"-PROQNOZ


OPEK ölkələri neft hasilatının azaldılmasına razılaşıb. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) nazirləri "OPEK+" təşəbbüsü (OPEK və qeyri-OPEK ölkələrini əhatə edən) çərçivəsində bu ilin II rübü üçün gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılmasına dair razılığa gəlib. "OPEK+" Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib. 




Razılaşmanı dəyərləndirən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban  “Sherg.az”a açıqlamasında qeyd edib ki, neftin hasilatının azalması dünya və Azərbaycan neft bazarına təsir göstərəcək:

“1.5 mln. barel kifayət qədər ciddi rəqəmdir. Avtomatik olaraq neftin qiyməti bahalaşacaq. Ancaq bu, müvəqqətidir. Koronavirus təhlükəsi sovuşan kimi vəziyyət yenidən əvvəlki kimi olacaq”.
  Ekspertin fikrincə, neft hasilatının azalması Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə olmayacaq: “Azərbaycanı Küveytlə, Banqladeşlə müqayisə etmək düzgün deyil. Azərbaycan istehlakçı ölkə deyil. Koronavirus təhlükəsi ilə əlaqədar şəhərdə maşınlara çox az rast gəlinir. Enerji nisbətən az istifadə olunur. Lakin bu, iqtisadiyyatımızın zərbə görəcəyinə əsas vermir. Dediyim kimi, neft hasilatının aşağı düşməsi daha çox istehlakçı ölkələr üçün təhlükədir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu