Prezidentin xəritə ilə bağlı iradları düzgündür: “Ciddi nəticə çıxarmalıdırlar”

"Müvafiq qurumlarımız muzeylərin təşkili məsələsində diqqətli olmalıdır. Hansı ölkədə hər hansı bir xəritə nəşr olunubsa, onu muzeylərdən asmaq, dərsliklərə salmaq olmaz. Bu, ziyanlıdır”



“Cənab Prezidentimiz İlham Əliyevin Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışındakı iradları tamamilə düzgündür. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib. 

Tarixçinin sözlərinə görə, heç kəsə sirr deyil ki, xəritələr ayrı-ayrı elmi idarələr və şəxslər tərəfindən hazırlanır: 



“Bugün də Azərbaycana qarşı dünyanın müxtəlif ölkələrində saxta xəritələr nəşr edilir və yayılır. Deməli, bizim müvafiq qurumlarımız muzeylərin təşkili məsələsində xeyli dərəcədə diqqətli olmalıdır. Hansı ölkədə hər hansı bir xəritə nəşr olunubsa, onu muzeylərdən asmaq, dərsliklərə salmaq olmaz. Bu, ziyanlıdır. Hesab edirəm ki, cənab Prezidentimizin tutduğu iradlardan Mədəniyyət Nazirliyi və yerlərdəki idarələri ciddi nəticə çıxarmalıdır”. 

Xəbər verdiyimiz kimi, martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında Prezident İlham Əliyev tarixi xəritələrlə bağlı icra başçısı Məmməd Məmmədova iradlarını bildirib: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir”.



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu