Bakıda İrandan gələn ailə karantinə alındı- RƏSMİ



Martın 4-də Bakıda məskunlaşan İrandan olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib.

TƏBİB-dən"Sherg.az"a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İrandan fevralın 27-də Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib. Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (6-sı uşaq olmaqla 8 İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəmüvafiq hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağrılıb.

Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu