“Rəsulzadə həm də mətbuat fədaisidir”- Professor 

“Azərbaycan ədəbi türkcəsində ilk mətbu orqanın əsasını Məhəmməd Əmin qoyub”

“Həmin vaxta kimi çıxan qəzetlər fars, ərəb, osmanlı dillərində, çətin üslubda idi” 



 Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. O, həm siyasətçi, həm də jurnalist kimi fəal xidmət göstərib. İlk dəfə olaraq müstəqilliyin nə olduğunu insanlarımıza izah edib. 

“Sherg.az” saytı olaraq əlamətdar günlə bağlı BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasınınn professoru, Rəsulzadənin tədqiqatçısı Nəsiman Yaqublunun fikirlərini öyrəndik. N.Yaqublu qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin demokratik dövlət yaradılması istiqamətində mühüm rolu olub. O, təkcə siyasi xadim yox, həm də görkəmli jurnalistdir:



"Rəsulzadə İrandakı fəaliyyəti ilə müasir Avropa tipli jurnalistikanın əsasını qoyub. 1915-ci ilin oktyabrında nəşr etdiyi “Açıq söz” qəzetilə Azərbaycan ədəbi türkcəsində ilk mətbu orqanın əsasını qoyub. Həmin vaxta kimi çıxan qəzetlər fars, ərəb, osmanlı dillərində, çətin üslubda idi. “Yeni-Qafqaziya” jurnalındakı fəaliyyəti ilə siyasi jurnalistikanı inkişaf etdirib. O, həmişə deyirdi ki, həqiqi fikri obyektiv formada yazmaq lazımdır. Rəsulzadənin “Mətbuat azadlığı” məqaləsi jurnalistlər üçün qanunlar toplusudur. Dahi ictimai-siyasi xadim həmin məqaləsində sifarişlə yazı yazanları tənqid edir, onları qələm fahişəsi adlandırırdı. Ümumiyyətlə, Rəsulzadə Azərbaycan milli jurnalistikasının formalaşmasında çox ciddi addımlar atıb. O, mətbuat fədaisidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu