“Rəsulzadə siyasi düşüncəni ilk dəfə “Açıq söz” də önə çıxarıb” – Gənc alim 

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. O, həm siyasətçi, həm də jurnalist kimi fəal xidmət göstərib. BDU-nun Jurnalistika fakültəsinin dekan müavini, Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu “Sherg.az”a açıqlamasında Rəsulzadənin Azərbaycan mətbuat tarixinin formalaşmasında mühüm rol oynadığını deyib: 

“Rəsulzadə dahi şəxsiyyətdir. O, mətbuat aləminə “Şərqi-Rus” qəzetindəki fəaliyyəti ilə başlayıb. Sonradan müxtəlif mətbu orqanlarda,  o cümlədən “İrşad”, “Hümmət”, “Təkamül”də çıxış edib. Bir müddət İranda fəaliyyət göstərib. Sonradan “İqbal”, “Yeni iqbal” qəzetlərində çalışıb. “Yeni iqbal” qəzetindəki bir məqaləsinə görə həbs olunub və ay yarım həbsdə qalıb. 1915-ci ildən 1918-ci ilə kimi “Açıq söz” qəzetinin bütün nömrələrinə redaktorluq edib. Bu qəzet ilk dəfə olaraq siyasi düşüncəni önə çıxarıb”. 


 Gənc alimin fikrincə, hazırkı jurnalistlər Rəsulzadənin “Mətbaut azadlığı” məqaləsindən öz fəaliyyətləri üçün nümunə götürməlidirlər: “O,

1911-ci ildə İranda nəşr etdiyi “İrani-nov” qəzetində “Mətbuat azadlığı” məqaləsini dərc elətdirdi. Bu məqalə dörd hissədən ibarətdir. Əsərdə jurnalistikanın dördüncü hakimiyyət olduğu vurğulanır. Həmçinin müəllif qeyd edir ki, o millət və o cəmiyyət hürr və müstəqildir ki, onun mətbuatı hürr və müstəqil olsun. Rəsulzadə sifarişlə yazı yazanları tənqid edir, jurnalistləri obyektiv, tərəfsiz olmağa çağırırdı”.

 S.Xalidoğlunun sözlərinə görə, Rəsulzadə irsini tədqiq etmək üçün ona xüsusi simpatiya göstərmək lazımdır:

“Əlbəttə, tədqiqatçılıq asan iş deyil. Mərhum professor Şirməmməd Hüseynov və professor Nəsiman Yaqublu Rəsulzadənin yaradıcılığını tədqiq edib, əsərlərini tərcümə ediblər. Rəsulzadə irsini araşdırmaq üçün onlar kimi zəhmətkeş və işini sevən insan olmaq lazımdır”.                                                       

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu