Yeni parlamentin sədrliyinə namizəd kimdir? -DOSYE

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın namizədliyini irəli sürüb.
“Sherg.az” xəbər verir ki, S.Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda gender problemlərinin tədqiqi ilə məşğuldur. 

Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub. YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi olan S.Qafarova 2010-cu ildən Milli Məclisin üzvüdür. 

Qeyd edək ki, Milli Məclisin sədri vəzifəsinə parlamentdə mütləq səs çoxluğuna malik olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədin təsdiqlənəcəyi şübhəsizdir.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu