Liderlərin bir-birini gözlətməsi siyasi ritorikada... – Sabiq XİN başçısı izah edir

“Dəfələrlə müxtəlif xarici ölkələrdə dövlət başçısını müşayiət etmişəm. Bəzən tərəflər bir-birlərini iki dəqiqədən çox da gözləməli olurlar”

“Türkiyə ilə Rusiyanın münasibətlərini pisləşdirmək istəyənlər çoxdur. Ermənilər də istisna deyil”



 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər edib. Bu zaman Rusiya prezidenti Vladimir Putin Ərdoğanı dəhlizdə iki dəqiqə gözlədib. Bir neçə gün sonra keçirilən növbəti görüşdə isə Ərdoğan eyni  “jesti” təkrarlayıb. Tərəflərin bir-birini gözlətmələri isə 2016-cı ildə Sankt-Peterburqdakı Konstantinovski Sarayında baş tutan görüşdən başlayıb.
Bu zaman  V.Putin Rəcəb Tayyib Ərdoğanı ayaq üstə gözləməli olub. Maraqlıdır, iki siyasi lider bununla bir-birilərinə və dünyaya hansı mesajı , eyhamı ünvanlayırlar? Axı siyasi aləmdə hər jestin, hərəkətin bir mənası var. 

Sualımızı cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, məsələni böyütməyə ehtiyac yoxdur:

 “Dəfələrlə müxtəlif xarici ölkələrdə dövlət başçısını müşayiət etmişəm. Belə şeylər olur. Bəzən tərəflər bir-birlərini iki dəqiqədən çox da gözləməli olurlar”.

 T.Zülfüqarovun fikrincə, mediada müxtəlif dezinformasiyalar yaymaq bəzi dövlətlərin marağındadır: 

“Türkiyə ilə Rusiyanın münasibətlərini pisləşdirmək istəyənlər çoxdur. Ermənilər də istisna deyil. Ümumiyyətlə, tarix boyu ermənilər bu taktikadan istifadə edərək dövlətlərin arasını vurmağa və torpaqlar ələ keçirməyə çalışıb. Mediada, sosial şəbəkədə müxtəlif materiallar yayaraq iki dövlətin müharibə ərəfəsində olduğunu göstərmək istəyirlər. Amma belə deyil. Dediyim kimi, bu, müxtəlif maraqlı dairələrin oyunudur”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu