Analitik yeni parlamentdən DANIŞDI: “Peşəkarların seçilməsi...”

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. “Sherg.az” xəbər verir ki, Prezident İlham Əliyev iclasda iştirak edib.
Və toplantıda nitq söyləyən ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Həmin məsələlərdən biri də bitərəflər və azlıqda olan partiyaların nümayəndələri ilə bağlıdır. Ölkə başçısı qeyd edib:

“Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər”




Prezidentin çıxışını müsbət dəyərləndirən millət vəkili, analitik Arzu Nağıyev “Sherg.az”a bildirib ki, Milli Məclis müxtəlif franksiyalardan və siyasi əqidəsi olan partiyalardan təşkil olunmuş parlamentə çevrildi:

“Məhz Yeni Azərbaycan Partiyasının (YAP) seçdiyi spiker, həmçinin bitərəflər və digər kiçik partiyalardan ibarət olanların təmsil edilməsi mühüm məsələdir. Bütün bunlar demokratiyanın təzahürlərindən biridir. Cənab Prezident bu istiqamətdə fikirlərini bildirdi. Bu proseslər Azərbaycanda gedən islahatlara, məmur-vətəndaş münasibətlərinə, hər bir seçicinin seçdiyi deputatın fəaliyyətinə mühüm təkan verəcək. Düşünürəm ki, komitələrə həm də peşəkarların seçilməsi mühüm əhəmiyyət kəsb edən hal oldu”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu