Hökumət çalışır: “Neftin ucuzlaşması əhalinin güzəranına təsir etməsin!”


Dünyada neftin qiyməti sürətlə ucuzlaşır. Bunun Azərbaycan iqtisadiyyatına təsir etməməsi üçün müəyyən qabaqlayıcı  tədbirlər həyata keçirilir. Bu və ya digər mənfi ssenariyə qarşı hazırlıq işləri görülür. 

İqtisadi tendensiyanı “Sherg.az”a qiymətləndirən ekspert Ruslan Atakişiyevin fikrincə, düzgün strategiya seçilsə, bu problemlə mübarizə aparmaq mükündür:



“Hökumət artıq qabaqlayıcı tədbirlər görməyə başlayıb. Burada iki əsas xətt var. Birinci məqam ondan ibarətdir ki, dövlət büdcəsindən qənaətlə istifadə olunmalıdır. İkincisi isə əhali arasında ajiotajın yaranmasının da qarşısını almaq lazımdır”. 

 Ekspertin qənaətincə, əsas məqsəd beynəlxalq iqtisadi tendensiyanın devalvasiya ilə nəticələnməsinin qarşısını almaqdır: 

“Azərbaycanda 2015-2016-cı illərdə manatın ucuzlaşması prosesi yaşandı. Düzdür, iqtisadiyatımıza xeyli zərər dəydi. Əvəzində isə qeyri-neft sektoruna maraq artdı. İndi çalışmaq lazımdır ki, devalvasiya olmasın. Hər halda hökumət neftin qiymətinin ucuzlaşmasının əhalinin güzəranına təsir etməməsinə çalışır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu