Nazilə Səfərli aydınlıq gətirdi: “Verlişim həmişə yayımlanacaq” - ÖZƏL

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb. Məlumata görə, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb. 

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli açıqlamasında məlumatı qismən təsdiqləyib: “Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək". 

Məlumatı dəqiqləşdirmək üçün N.Səfərli ilə əlaqə saxladıq. Şairə “Sherg.az”a açıqlamasında “Ona qalsa” verlişi ilə bu gün efirdə olduğunu və aparıcılığa davam edəcəyini bildirib: 

“Bu gün efirdə olmuşam. Verlişim yayımlanıb, həmişə də yayımlanacaq. İnformasiyanın mənbəyi ilə bağlı ARB TV-nin mətbuat katibinin icazəsi olmadan məlumat verə bilmərəm. Amma xəbərin doğru və ya yanlış olmasının cavabını bu gün efirə çıxmaqla vermişəm”.

Samirə Ərəbova


Paylaş

Bizi Facebookda izləyin
menu
menu