“Ermənilərin qanunsuz məskunlaşması davam edir”- FAKT    


Akif Nağı: "Nə düşmən, nə də beynəlxalq aləm bu faktı dana bilər"

“Bakı mütəmadi şəkildə müvafiq beynəlxalq təşkilatlara müraciət etməli, bacardığımız qədər ermənilərin qanunsuz məskunlaşmasının qarşısını almalıyıq”





“Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşması beynəlxalq hüquq normalarının sərt şəkildə pozulmasıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

QAT sədri bildirib ki, nə düşmən, nə də beynəlxalq aləm bu faktı dana bilər: 

“Beynəlxalq qurumların rəsmiləri Qarabağa səfəri zamanı hesabatlarında açıq şəkildə bildiriblər ki, ermənilər işğal etdikləri bölgədə qeyri-qanuni məskunlaşma həyata keçirir. Bu, göz qarşısındadır və sübut etmək üçün kifayət qədər fakt mövcuddur.



2010-cu ildə beynəlxalq təşkilatların və Minsk Qrupu həmsdərlərinin Qarabağa səfəri vaxtı Laçına, Kəlbəcərə və digər rayonlara nə qədər erməni köçürüldüyü, məskunlaşmanın hansı səviyyədə olduğu üzə çıxdı”. 

A.Nağının sözlərinə görə, rəsmi Bakı davamlı şəkildə müvafiq beynəlxalq təşkilatlara müraciət etməli, bacardığımız qədər ermənilərin qanunsuz məskunlaşmasının qarşısını almalıyıq: 

“Eyni zamanda beynəlxalq məhkəməyə də müraciət etməliyik. Sadəcə bir-iki bəyanatla kifayətlənməli deyilik. Azərbaycan beynəlxalq hüquq müstəvisində öz haqqını tələb etməlidir. Ermənistanın cəzalandırılmasına nail olmalıyıq”. 

Qeyd edək ki, Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşdırma siyasətini aktiv şəkildə davam etdirir. Bir müddət əvvəl Laçın və Kəlbəcər rayonlarının ərazilərində yeni evlərin və məktəblərin tikintisi haqda informasiya yayılıb. Adı çəkilən rayonlarda yaşayan ermənilərin sayının 20 min nəfərə çatdığı bildirilir. Son olaraq Kəlbəcərdə parkların salınması ilə bağlı məlumatlar da yayılır. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu