''Mənə elə gəlir ki, ömrümün sonuna qədər tək qalacağam'' - Selena Qomez


4 ildən sonra yenidən səhnəyə qayıdan dünyaca məşhur müğənni Selena Qomez qonaq olduğu proqramda maraqlı açıqlamalar verib.

 ''ölkə.az" xəbər verir ki, müğənni ''Youtube''da yayınlanan ''Genius'' adlı proqramda özü haqqında səmimi açıqlamalar verib. Ən diqqət çəkən açıqlama isə müğənninin yalnız qalmaq qorxusu haqqında dedikləri olub. O ''Bəzi günlər səhər oyananda və ya əsəbi olduğumda mənə elə gəlir ki, ömrümün sonuna kimi tək qalacam. Lakin bu düşüncələrin günümü məhv etməsinə icazə verməyərək, öz-özümə deyirəm ki, bu həyatda hər kəs üçün mütləq biri var'' bu sözləri deyərək, digər insanlarla bənzər hisslər yaşadığını etiraf edib. O yeni çıxardığı albomuna ''Rare'' adını ''İnstagram''dan ilhamlanaraq verdiyini də bildirib.

Belə ki, Qomez keçən il ruh sağlamlığını qorumaq üçün ''İnstagram'' hesabını telefonundan sildiyini deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu