“Azərbaycan koronavirusla bağlı tədbirlərdə çevik davranır” 

Azər Həsrət:“Amma təsirin azaldılması, ən aşağı səviyəyə çatdırılması üçün dövlətimiz lazımi işləri görür”  



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri koronavirusla bağlı vəziyyətlə tanış olmaq üçün  Azərbaycana səfər ediblər. Səfər zamanı ölkəmizdə koronavirusun yayılmasının qarşsının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq yüksək dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycan ÜST-nın laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir. Ölkəmiz ÜST-lə səmərəli əməkdaşlıq edir. 

Vəziyyəti dəyərləndirən tanınmış jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında dövlətimizin koronavirusla bağlı gördüyü tədbirlərin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, həqiqətən də Azərbaycan koronavirusla bağlı tədbirlərdə yetərincə çevik davranır:



“Avropa ölkələrində belə koronavirus tüğyan edir, nə qədər ölüm faktı qeydə alınıb. Qonşu İranda da koronavirus çox geniş yayılıb. Buna baxmayaraq dövlətimiz koronavirus bəlasının öhdəsindən gəlməkdə bacarıqlıdır. Azərbaycan problemin qarşısını almaqda çətinlik çəkmir. Təbii ki, bu pandemiyanın Azərbaycandan yan keçəcəyi haqqında nəsə deyə bilmərik. Yəni virus mütləq şəkildə Azərbaycana da öz təsirini göstərə bilər. Amma təsirin azaldılması, ən aşağı səviyəyə çatdırılması üçün dövlətimiz lazımi tədbirlər görür.  Vətəndaş olaraq belə yanaşmaya görə çox məmnunuq. Virusun geniş kütlələr arasında yayılmasının qarşısı alınırsa, dövlətimiz bunu bacarırsa, eyni zamanda ÜST bunu təqdir edirsə, Azərbaycan adına sevinməmək mümkün deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu