Zirzəmilərdə hazırlanan “kərə" yağları ÖLÜM SAÇIR: “Aidiyyəti qurum işləmir”

“Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Qanunlarda boşluqlar olanda bundan istifadə edənlər də tapılır”

“AQTA qidaların təhlükəsizliyi məsələsi ilə məşğul olur, keyfiyyəti ilə yox. Ancaq istehlakçı hüquqlarını qoruyan təşkilatlar çox olsa, belə problemlər yaşanmaz”



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib. Qurumdan verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin əmtəə nişanlı kərə yağı kimi etiketlənərək satılması faktı aşkar edilib.

Eyni zamanda, yağların üzərində istehlak xüsusiyyətinin əksini tapmadığı və qablaşdırılan məhsulun üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən olunub. Bu,birbaşa olaraq insanların sağlamlığını təhlükəyə atmaq deməkdir. Deməli, bu işlə məşğul olanlar üçün pul hər şeydən əhəmiyyətlidir. 


Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  “Sherg.az”a açıqlamasında əsas problem kimi qanundakı boşluqları göstərdi:



“Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Qanunlarda boşluqlar olanda bundan istifadə edənlər də tapılır. Ölkəmizdə istehlakçı hüquqları qorunmur və bu işlə məşğul qurum işləmir. AQTA qidaların təhlükəsizliyi məsələsi ilə məşğul olur, keyfiyyəti ilə yox. Ancaq istehlakçı hüquqlarını qoruyan təşkilatlar çox olsa, belə problemlər yaşanmaz. Əks halda isə daha ağır problemlər meydana çıxacaq”. 

E.Hüseynov düşünür ki, müasir dövrdə çoxları üçün pul hər şeydən vacibdir:  

“Kapitalizm maddiyat üzərində qurulub. Qalan hər şey, o cümlədən vicdan, mədəniyyət ikinci plandadır. İstehlakçılar özləri-özlərini aldatmasınlar”.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu