Azərbaycan qarışıq seçki modelinə keçə bilərmi ? – ŞƏRH 


“Qarışıq seçki sisteminin tətbiqi nəticə etibarilə hər bir partiyanın gücünü, və ya gücsüzlüyünü, geniş elektoral bazaya malik olub-olmadığını açıq şəkildə ortaya qoyur”




“Referendum keçirilməsi, konstitusiyada müəyyən dəyişikliklər edilməsi və bunun da nəticəsində gələcəkdə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi prinsip etibarilə yaxşı ideyadır”.
Bunu “Sherg.az”a açıqlamasında DemokratikAzərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya sədri bildirib ki, söhbət həm mojaritar, həm də proporsional seçki sisteminin birlikdə tətbiq ediləcəyi ehtimalından gedir: 




“Bu sistem, bu təcrübə bu gün dünyanın əksər ölkələrində tətbiq edilir. Etiraf edək ki, uğurla tətbiq edilir. Qarışıq seçki sisteminin tətbiqi nəticə etibarilə hər bir partiyanın gücünü, və ya gücsüzlüyünü, kifayət qədər geniş elektoral bazaya malik olub-olmadığını açıq şəkildə ortaya qoyur. Bu sistem eyni zamanda cəmiyyətdə siyasi partiyalara qarşı inamın və etimadın dərəcəsini ölçməyə imkan verir. Bir növ barometr rolunu oynayır. Odur ki, biz bu sistemin yenidən bərpa edilməsinin tərəfdarıyıq. Əgər Prezident İlham Əliyevin bununla bağlı təşəbbüsü olacaqsa, biz bu təşəbbüsü birmənalı surətdə dəstəkləyəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu