Xalq artisti səhhətindən DANIŞDI: “Həkim yazdığı dərmanlar...” - MÜSAHİBƏ 

Uzun müddətdir ki, xalq artisti Könül Xasıyeva səhhəti ilə bağlı problemlər yaşayır. K.Xasıyevanın sinir ağrılarından əziyyət çəkməsinə dair mediada xəbərlər yer alıb. Eyni zamanda müğənninin oğlu Kazım “Turetta” sindromundan əziyyət çəkir.

"Sherg.az" olaraq xalq artisinin hazırkı sağlıq durumunu öyrənmək üçün özü ilə əlaqə saxladıq.  

-Könül xanım, səhhətiniz necədir? 

- İndi özümü yaxşı hiss edirəm. Martın 17-də doğum günümdü ona hazırlaşıram.

-Müalicəniz necə gedir? 

-Müalicəm də davam edir. Hamı kimi həkim yazdığı dərmanları qəbul edirəm. 
-Toylara dəvət alırsınızmı?

 -Əlbəttə, dost-tanış məclislərində iştirak edirəm. 

-Bir vaxtlar mediada mənzilinizi satmaq istədiyiniz haqqında məlumat yayılmışdı. Bu xəbər doğru idi mi? 

- Bəli, Şəkidəki ata ocağım olan evi satışa çıxarmışdım. 

-Oğlunuz Kazımın səhhəti necədir? 

-Kazımın da müalicəsi davam edir.Yaxşıyıq.  Xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Ölkəmizə, Prezidentimizə və dəyərli Mehriban xanıma uzun ömür, can sağlığı arzu edirəm. Hər kəsə xoş günlər, bol ruzi-bərəkət diləyirəm.

Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu