Rasim Balayev bəyəndi:“Prezidentin təşəbbüsü gözəldir"


Son illər Azərbaycanın mədəniyyət sahəsində ciddi addımlar atılır. Prezident İlham Əliyev Azərbaycanın görkəmli opera və estrada müğənnisi , bəstəkar Müslüm Maqomoyevin Bakıda abidəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb. 

Məlumata görə M.Maqomoyevin heykəlinin hazırlanması xalq rəssamı, heykəltəraş Ömər Eldarova tapşırılıb. 

İncəsənət aləmində baş verən yeniliklərlə bağlı “Sherg.az”a danışan xalq artisti Rasim Balayev M.Maqomoyevin böyük sənətkar olduğunu söyləyib: 

“M.Maqomayev Azərbaycanın fəxridir. Prezidentin təşəbbüsü gözəldir. Dahi şəxsiyyətləri əbədiləşdirmək lazımdır. Gözəl sərəncamdır, alqışlayıram”.

Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu