Ələkbər müğənniliyə keçən meyxanaçılardan DANIŞDI: “Pərviz, Vasif...”


“....Yaxşı meyxana deyə bilirlər.Ola bilsin, dinləyicinin istəklərini nəzərə alaraq musiqili meyxanaya üstünlük verirlər”




Meyxana Azərbaycanın qədim folklor janrıdır. Təsadüfi deyil ki, bu janra Mirzə Ələkbər Sabir, Əliağa Vahid kimi dahi sənətkarlar da yaradıcılıqlarında yer verib. 2000-ci illərin əvvəllərində müasir meyxana deyənləri efir məkanımızda tez-tez görməyə başladıq. Müxtəlif veriliş və yarışmalarda Aydın Xırdalanlı, Bayram Kürdəxanlı, Elşən Xəzər kimi söz xridarlarını tanıdıq. Lakin son illər meyxana janrından müğənniliyə və ya rep sahəsinə keçənlərin sayı çoxalıb. Bununla yanaşı, artıq telekanallarda meyxanaçılara xüsusi yer verilmir. 

Meyxana aləmindəki son durumu dəyərləndirən ustad meyxanaçı Ələkbər Yasamallı “Sherg.az”a açıqlamasında bildirib ki, əslində meyxanaçılar öz sahələrindən müğənniliyə keçmirlər: 

“Musiqili meyxana janrının əsasını Nizami Rəmzi qoyub.Meyxanaçının özünəməxsus səs tonu olur. Ona görə də özlərini müğənni kimi təqdim etmirlər. Hələ də meyxana deyən sayılırlar. Sadəcə musiqili meyxana ifa edirlər. Bu da dinləyicilərin tələbatından irəli gəlir. Musiqili meyxanalara üstünlük vermələrininin meyxana janrına ziyanı yoxdur.Mən də musiqili meyxana ifa etmişəm. Baxıram ki, toylarda meyxanadan çox həmin mahnılar sevilir. Pərviz Bülbülə, Vasif Əzimov istedadlı gənclərdir. Yaxşı meyxana deyə bilirlər.Ola bilsin, dinləyicinin istəklərini nəzərə alaraq musiqili meyxanaya üstünlük verirlər”. 

“Niyə efirlərdə daha meyxana yarışmalarına az rast gəlinir?” sualına gəlincə söz ustadı qeyd edib ki, telekanallarda meyxanaya əvvəlki illərdən daha çox yer verilir: 

“İstər dövlət, istərsə də özəl televiziyaların verlişlərində meyxanaçılara rast gəlmək olar. “De gəlsin” verlişi də “ANS” telekanalında başladı, onunla da bitdi”.

Samirə Ərəbova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu