“Hər bir parlament üzvü beynəlxalq məsələlərdə iştirak etməlidir”

“Dünyada gedən proseslər beynəlxalq münasibətlərə fasilə verib”.
“Sherg.az”ın xəbərinə görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında bildirib.
Deputat bildirib ki, hazırda Avropa Şurası Büro iclasında aprel ayında Avropa Şurasının keçirilməsi nəzərdə tutulan iclasının olub-olmayacağı ilə bağlı qərar qəbul edilir: 

“Dünyada da koronavirus infeksiyasının yayılması ilə bağlı beynəlxalq tədbirlər təxirə salınır. Azərbaycan-Türkiyə arasında sərhədlər bağlanıb, bir sıra beynəlxalq uçuşlar təxirə salınıb. Bütün bunlar beynəlxalq tədbirlərin, eləcə də bundan bir neçə ay sonra keçirilməsi nəzərdə tutulan tədbirlərin təxirə düşməsinə səbəb olur.

Amma baş verənlər nəticəsində işimizi məhdudlaşdırmamalıyıq. Bizim işimiz təkcə səfərlərlə bağlı deyil. Biz öz işimizi müasir texnologiyalardan istifadə edərək, beynəlxalq sənədləri nəzərdən keçirmək, yüksək əlaqələri təşkil etmək, ölkəmizin mövqeyini müdafiə etmək çox vacib və əhəmiyyətlidir”.

Parlamentari əlavə edib ki, Milli Məclisin sabah keçiriləcək iclası da koronavirusla bağlıdır: 

“Amma biz bilməliyik ki, beynəlxalq əlaqələr çox vacibdir. Milli Məclisdə 80-nə yaxın dostluq qrupları fəaliyyət göstərir. Hər bir parlament üzvü komitəsindən asılı olmayaraq beynəlxalq məsələlərdə iştirak etməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu