Deputatın qaldırdığı problem müzakirəyə SƏBƏB OLDU: “Həlli var, amma...”

Əliməmməd Nuriyev: “Heç bir hərbi əməliyyatda iştirak etmədiyi halda müharibə vetaranı statusunu alanlar çoxdur və onlarla mübarizə aparmaq heç də asan deyil” 

“Vaxt və resurs lazımdır ki, kimin döyüşçü olduğunu, kimin heç vaxt əlinə silah almadığını müəyyənləşdirəsən”


Millək vəkili Arzu Nağıyev parlamentin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müharibə veteranları ilə bağlı problemlərə toxunub. O qeyd edib ki, Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxslər var: 
“Baxmayaraq ki, bu şəxslər müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə, onlara hər hansı statusun verilməsi məsələsi öz həllini tapmayıb. Həmin şəxslərə məsələnin həllində yardım göstərilməsi vacib olardı”.
 
Niyə vətən uğrunda döyüşən, canından, qanından keçməyə hazır olan insanların haqqı tapdanır?! Hanı ədalət?! Nə üçün müharibə veteranı statusu layiq olanlara deyil, olmayanlara verilməlidir?! 




“Sherg.az”ın suallarını cavablandıran hüquq müdafiəçisi Əliməmməd Nuriyevin fikrincə, müharibədə iştirak edənlər öz haqqlarını tələb etməlidirlər: 

“Bu statusu vermək işinə Səfərbərlik Baş İdarəsi ilə Müdafi Nazirliyi baxır. Haqqı tapdanan müharibə veteranları əvvəlcə bu qurumlara müraciət etməlidirlər. Əgər nəticəsiz qalsa, məhkəməyə üz tutmaq lazımdır. Ümumiyyətlə, müharibə veteranı statusunu hüquqi yolla ancaq bu iki formada almaq olur”. 
 
Heç bir hərbi əməliyyatda iştirak etmədiyi halda müharibə vetaranı statusuna alanların olmasına diqqət çəkən, Ə.Nuriyev vurğulayıb ki, onlarla mübarizə aparmaq heç də asan deyil: 

“Bəziləri var ki, müharibədə iştirak edib, hətta əlil olsalar da, heç bir iddiaları yoxdur. Çünki onları maraqlandıran ancaq vətənin taleyidir. Əfsuslar olsun ki, əks düşüncəlilərə də rast gəlinir. Əlbəttə, onlar buna layiq deyillər. Amma  bu neqativ məsələni həll etmək kifayət qədər çətindir. Vaxt və resurs lazımdır ki, kimin döyüşçü olduğunu, kimin heç vaxt əlinə silah almadığını müəyyənləşdirəsən”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu