Növbəti erməni həyasızlığı: qondarma seçki keçirməkdə israrlıdırlar

Əlisahib Hüseynov:"Amma hazırda Ermənistanda olduğu kimi Qarabağdakı ermənilər arasında da koronavirusa yoluxanlar çoxdur”

“Qarabağın separatçı rejimi də, Paşinyan da yalan danışaraq, faktları ört-basdır etməyə çalışırlar ki, “seçki”ni keçirə bilsinlər”




“Növbəti dəfə erməni məkri, erməni hiyləgərliyi ilə üz-üzəyik”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, sıravi ermənilər arasında koronavirusun sürətlə yayılmasına baxmayaraq, Qarabağdakı qondarma rejimi 31 martda “parlament və prezident seçkiləri” keçirəcək: 

““Qraparak” qəzetinin məlumatına görə, qondarma rejimin “seçki”ləri təxirə salmamasının başlıca səbəbi guya Qarabağdakı ermənilər arasında koronavirusa yoluxma faktlarının qeydə alınmamasıdır. Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağda keçiriləcək “seçkilər”lə bağlı qondarma rejimlə demək olar ki, eyni mövqedən çıxış edib, oxşar bəyanat səsləndirib. Amma həqiqətdə isə Qarabağın separatçı rejimi də, Nikol Paşinyan da yalan danışır. Hazırda Ermənistanda olduğu kimi Qarabağdakı ermənilər arasında da koronavirusa yoluxanlar çoxdur. Lakin həm qondarma rejim, həm də Paşinyan faktları ört-basdır etməyə çalışır. Onların məqsədi dünya birliyini aldatmaqdır”.



Ə.Hüseynovun sözlərinə görə, qondarma “seçkilər”in vaxtının martın 31-nə təyin edilməsi də təsadüfi deyil: 

“Onlar qəsdən bu təqvimi seçiblər. Məqsəd həmin gün azərbaycanlıların yarasına duz basmaq, qan yaddaşımıza qarşı hörmətsizlik etməkdir. 31 Mart soyqırımı biz azərbaycanlılar üçün matəm günü, anım günüdür. Ermənilər isə məhz həmin gün “seçki” şadyanalığı təşkil etmək və bizim kədərimizə bayram əhval-ruhiyyəsi ilə münasibət bildirmək istəyirlər. Bununla bizə psixoloji sarsıntı yaşatmaq istəyirlər. Erməni həyasızlığı doğrudan da heç bir sərhəd tanımır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu