Brilliant Rafael Dadaşovun evində kimə HİDDƏTLƏNİB? – Xalq artisti əsl səbəbi “Şərq”ə açıqladı 

Brilliant  Dadaşova: “Jurnalistlərə çay, halva təklif etmək əvəzinə tanımadığım şəxslər jurnalistlərin  işlərini görməyə imkan vermirdi”

“Jurnalistlərə qarşı rəftarı acığıma gəldi.Səbr etdim, amma sonda danışmalı oldum. Dedim ki,  burda hər ağzı olan danışmasın”

   

Xəbər verdiyimiz kimi, tanınmış aktyor, xalq artsiti Rafael Dadaşov  martın 16-da haqqın rəhmətinə qovuşdu..Aktyor dünən ikinci Fəxri  Xiyabanda dəfn edilib. Virusla əlaqadər olaraq  Akademik Milli Dram Teatrında sənətkar üçün vida mərasimi keçirilməyib. 
Aktyorun  yas mərasimi  evində təşkil olunub. Mərasimdə mətbuat nümayəndələri da iştirak edib.Lakin jurnalistlər bir sıra şəxslər tərəfindən müdaxilələrə məruz qalıb. Bu hadisəyə hiddətlənən xalq artisti Brilliant  Dadaşova sərt reaksiya verib. 

  Məsələni aydınlaşdırmaq üçün  Brilliant  xanımla əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki,  Rafael Dadaşovun yaxınları dura –dura  başqa insanlar mətbuata müdaxilə edirdi:
 
“Rafael Dadaşov ictimai xadim idi. Mərasimdə jurnalistlər var idi. Uşaqlar yığışıb  öz  işlərini görürdü. Çay, halva təklif etmək əvəzinə tanımadığım şəxslər jurnalistləri acılayırdılar. Mən ona görə əsəbləşərək söylədim ki, bu evin böyüyü yoxdur ?!  Rafael Dadaşovun yaxınları kənarda qalıb, amam başqa insanlar mətbuata müdaxilə edirdi. Jurnalistlərə “çəkməyin” deyirdilər. .Mən də əsəbləşdim  ki,  niyə bizim əvəzimizə qərar veirirlər. Biz belə müdaxilə edə bilmərik. Çünki  R. Dadaşov  ictimai  xadimdir , xalq  üçün maraqlıdır. Onun Akademik Milli Dram Teatrında vida mərasimi də təşkil olunmadı. Xalq maraqlanırdı  və jurnalistlər də işıqlandırmaq  istəyirdi.”

Xalq artisti mərasimdə mətbuatın işini məhdulaşdırmağa çalışan insanların bəzilərini tanımadığını söylərək qeyd edib ki, digərləri  isə  ailələrinə  çox uzaqdan qohumdurlar: 

“Onların jurnalistlərə qarşı rəftarı acığıma gəldi.Səbr etdim, amma sonda danışmalı oldum. Dedim ki,  burda hər ağzı olan danışmasın. Bəlkə, videodan yanlış anlaşılıb.Amma  tanımadığım şəxslər jurnalistlərin  işlərini görməyə imkan vermirdi. Ailəmizlə yaxından- uzaqdan əlaqəsi olmayan insanlar mətbuata  müdaxilə edirdi.Tanınmış ailə olduğumuz üçün Rafael Dadaşovun dəfn mərasimi  istər jurnalistlər, istərsə də xalq üçün maraqlı idi. Onlar  da iştirak etmək istəyirdilər.Jurnalistlər Rafael müəllimin yas mərasiminin xalqa  çatdırırlmasında  vasitəçi idilər.Onların acılanması mənə xoş gəlmədi”.

Samirə Ərəbova 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu