PSJ-nin futbolçuları Fransanı tərk ediblər


PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva Fransanı tərk ediblər.

Apasport.az saytının məlumatına görə, "sambaçılar" koronavirus pandemiyasının bu ölkədə yayılmasını nəzərə alaraq, vətənlərinə yollanıblar.

Paris təmsilçisi sərhədlərin bağlanmasından əvvəl onların gedişinə icazə verib. Klub oyunçulara özlərini qorumaq imkanı yaradıb. Neymar və Silva ilə yanaşı, PSJ-nin daha bir neçə üzvünün Fransanı tərk etdiyi bildirilir. Braziliyalılardan yalnız Markinyoş Parisdə qalmağı üstün tutub. Klub məşqləri nə vaxt bərpa edəcəyini müəyyənləşdirməyib.

Qeyd edək ki, Fransa Liqa1-nin aprelin 15-dən tez bərpa olunması gözlənilmir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu